XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 05:40

Binəli Yıldırım:"Helikopterlərin vurulma əmrini verdim, 320 qiyamçı saxlanılıb" (VİDEO)

erdoqan-yildirim-5

Türkiyənin baş naziri Binəli Yıldırım Jandarma Komandanlığına Ankara səmasında uçan helikopterlə bağlı əmr verib.

Strateq.az xəbər verir ki, bu barədə canlı yayımda onun özü açıqlama verib.

Bildirib ki, gecə qaranlığında işıqlarını söndürərək, dövlət qurumlarını bombalayan helikopterlərin vurulma əmrini verib: "Əmrlə bağlı gərəkən işlər görülür. İnanıram ki, yaxın müddətə o helikopterlər də vurulacaq".

Baş nazir, prezident Ərdoğanın köməkçisinin girov götürüldüyünü də təsdiq edib: "Bunlar hesab ediblər ki, prezident Marmarisdəki iqamətgahdadır. Oraya qəfil basqın ediblər. Və baş köməkçi ilə yanaşı, bir neçə nəfəri aparıblar".

Binəli Yıldırım bu dəqiqəyə qədər 320 qiyamçının həbs olunduğunu da sözlərinə əlavə edib.