Məlum olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətə müsbət cavab verib.
Strateq.az xəbər verir ki, mitinqə razılıq verilməsilə bağlı AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində məlumat paylaşıb və xalqı aksiyada iştiraka çağırıb:
“Dostlar, Milli Şuranın martın 15-nə təyin etdiyi mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırıldı. BŞİH mitinqin elan etyimiz tarixdə, saatlarda və yerdə keçirilməsinə raızlıq verildiyinə dair rəsmi məktub göndərdi.
Beləliklə, mitinqimiz elan etdiyimiz kimi, martın 15-i, saat 15:00-dan 17:00-dək Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) olacaq.
İndiyə qədər törədilən müxtəlif təxribatlara, o cümlədən Milli Şuranın sədri Cəmil Həsənlinin “Facebook” səhifəsinin ələ keçirilərək, mitinqin təxirə salındığına dair oradan yayılan yalan məlumata əhəmiyyət verməyin. Martın 15-i saat 15:00-da Məhsul stadionunda görüşərik”.