XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 İyul 2016 - 07:15

Şok videolar:Qiyamçıların tankı Ankarada vətəndaşları belə əzdi; camaata atəş açıldı...

çevriliş

Türkiyədə bir qrup ordu mənsubunun hərbi çevriliş təşəbbüsü olduqca qanlı hadisələrin baş verməsiylə yadda qalıb.

Strateq.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın çağırışıyla meydanlara tökülən xalq yolları bağlayan tankların üzərinə çıxıblar. Bəzi hərbçilərin xalqın bu dirənişinə kəskin reaksiya verdiyi qeydə alınıb.

Videolara yansıyan ən tükürpədən hadisə Ankaranın Atatürk hava limanının önündə yaşanıb. İnsan selindən qaçmaq istəyən tank qarşısına çıxan vətəndaşları əzib. İlkin rəsmi məlumata görə, Ankarada xalqla çevrilişçilər arasındakı qarşıdurmada ən azı 60 nəfər ölüb.

Təqdim etdiyimiz bu videolardan birincisində qələbəlikdən qaçan tankın vətəndaşları necə əzdiyi və tankın tır-tırları altında qalan etirazçının ikiyə bölünmüş gövdəsi aydın görünür.

Digər videolarda isə xalqa necə atəş açıldığı və öldürülən mülki əhali göstərilir:

 

https://www.youtube.com/watch?v=6zwtjox8UaM

https://www.youtube.com/watch?v=9Xu-WC9ArzQ