XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 11:01

Gürcüstanın baş naziri:"Hərbi çevriliş hər hansı demokratik ölkə üçün yolverilməzdir"

Türkiyə bizim üçün vacib dost, tərəfdaş ölkədir. Türkiyənin demokratik inkişafı bizim üçün çox önəmlidir.

Bu bəyanatla Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Milli Təhlükəsizlik Şurasının iyulun 16-da gecə saatlarında keçirilən iclasında çıxış edib.

Baş nazir deyib ki, Türkiyədə sabitliyin qorunması Gürcüstan üçün çox vacibdir.

Hər hansı demokratik ölkə üçün hərbi çevrilişin yolverilməz olduğunu vurğulayan Georgi Kvirikaşvili Türkiyədə baş verən hadisələrlə əlaqədar Gürcüstanın müvafiq strukturlarının məlumatlandırıldığını bildirib.

Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar sərhəd-keçid məntəqələrində Gürcüstan vətəndaşlarının sərhədi keçməsində məhdudiyyətlər tətbiq olunur, hava uçuşları həyata keçirilmir(azərtac).