XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 11:38

Baş Qərargahın binasında təslim olan qiyamçılarınsayı 700-ə çatıb

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının binasında təslim olan qiyamçıların sayı 700-ə çatıb.

Ankaranın Akıncı bölgəsindəki 4-cü qırıcı təyyarə bazasını ələ keçirən qiyamçılar dövlət çevrilişi cəhdinin uğursuzluqla nəticələnməsi ilə əlaqədar bazanı tərk etməyə başlayıblar.

Anadolu Agentliyinin məlumatına əsasən, aidiyyəti qurumlar qiyamçıların xalq kütlələrinin arasına qarışaraq gözdən itməyə çalışmaq istədikləri barədə vətəndaşları xəbərdar ediblər.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar qiyamçılar tərəfindən məhz bu bazada girov saxlanılırdı. Xüsusi təyinatlı polis qüvvələri Jandarm Qüvvələri Komandanlığını da qiyamçılardan təmizləyiblər.