XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

16 İyul 2016 - 14:20

“161 şəhid, 1440 yaralımız var, 2839 əsgər həbs edildi” –Baş nazir girovluqdan azad edilən generalla birgə son durumu açıqladı

akar-yildirim

Bu dəqiqələrdə Türkiyənin baş naziri Binəli Yıldırım və girovluqdan azad edilən ordunun baş qərargah rəisi Hulusi Akar birgə açıqlama veriblər. 

Strateq.az xəbər verir ki, Yıldırım iyulun 15-də baş verənlərin Türkiyə demokratiyasına bir ləkə olduğunu bildirib:

"15 iyul – bu tarix türk demokratiyasına qara bir ləkədir. Çevrilişə cəhd edən paralel terror çetesinə, çevriliş cəhdində bulunan paralel terror çetəsinə qarşı demokratiya növbəsi tutan əsl millətin bütün fərdlərinə, bu paralel terror örgütünə qarşı dimdik ayaqda duran bütün vətəndaşlarımızın alnından öpürəm. Veriləcək ən gözəl cavabı verdilər. Artıq 15 iyul tarixi demokratiyamızın həm də bayramı oldu. Bu olaylarda həyatını itirən güvənlik güclərimizin əməkdaşlarına, polislərimizə, sivil vətəndaşlarımıza Allah rəhmət eləsin, onları minnətlə xatırlayacağıq".

Baş nazir deyib ki, bu çevriliş əmri ordu rəhbərliyinin iradəsindən kənar baş verib. Bu, ordunun deyil, paralelçilərin bir qiyamı idi: "Bu alçaqcasına qiyamla dövləti ələ keçirməyə çalışanlara dəstək verməyən komutanlarımızı təbrik edirəm. Olayın olduğu ilk andan etibarən, meydanları dolduran sivil toplum quruluşlarına, vətəndaşlara və siyasi partiya üzvlərinə də təşəkkür edirəm.  Bütün polis güclərimizi ürəkdən təbrik edirəm.

Paralel çete mənsubları artıq uca türk ədalətinin əlindədir. Layiq olduqları cəzanı görəcəklər. Bu qiyamı qaldıranlar bir kəs daha anlamalıdır ki, heç kim millətin iradəsinə zidd boy göstərə bilməz. Bu dövlətin silahıyla atəş açanlar PKK terrörçularından da alçaqdırlar".

Baş nazir deyib ki, qiyam artıq tam yatırılıb: "Təəssüflə qeyd edim ki, 161 şəhidimiz, 1440 yaralımız var, 2839 hərbçi həbs edilib. Xalqımızla bir olaraq, bu bəlanın öhdəsindən gəldik".

Baş nazir edam iddialarına da aydınlıq gətirib: "Dəhşətli bir olayın sıcaqlığı davam edir. Hələlik bu proses tam bitməyib. Bu suçun qarşılığı hüquq sistemində açıq göstərilib. Edam cəzası Türkiyə qanunvericiliyindən çıxarılıb. Əlavə nə kimi tədbirlər alınacaqsa, bunu gələcəkdə görəcəyik".

Yıldırım onu da bildirib ki, qiyamçılardan 20 nəfərə yaxın ölən, 30-a yaxın isə yaralı var:

"O ki qaldı Fətullah Gülənlə bağlı sualınıza, onun Türkiyəyə geri verilməsini tələb elədiyimiz gün bu alçaq hadisələr baş verdi. Bu hadisənin arxasında hansısa ölkə deyil, bu çete durub. Bu xuntanın arxasında duran dövlət Türkiyənin dostu deyil, ola bilməz…".