XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 13:23

Azərbaycan yığmasıAvropa çempionu oldu

On səkkiz yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının “C” divizionunun qalibi olub.

San-Marinoda keçirilən yarışın final matçında yığmamız Andorraya qalib gəlib.

Son çempion Andorra ilə qrup mərhələsində də qarşılaşan Tahir Baxşıyevin yetirmələri finalda rəqibdən güclü olaraq 74:57 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, millimiz turnirdə keçirdiyi 5 oyunda dörd qələbə qazanıb. Qrupda Andorraya məğlub olan yığmamız, Cəbəllütariq və Monakoya qalib gəlib. Komandamız yarımfinalda Kosovodan üstün olub(azərtac).