XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 13:27

Bakıdan İstanbul və Ankaraya aviareyslərtəxirə salındı

Ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC-nin İstanbul və Ankaraya olan aviareysləri təxirə salınıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. O bildirib ki, iyulun 16-da saat 06:45-də və 08:45-də həyata keçirilməli olan Bakı-İstanbul aviareysləri təxirə salınıb. Həmçinin saat 09:10-da Bakı-Ankara aviareysi də ləğv olunub.

P.Kəsəmənski qeyd edib ki, bu reyslərə aviabilet alan sərnişinlər biletləri istədikləri tarixə pulsuz dəyişdirə və yaxud heç bir əlavə ödəniş etmədən qaytara bilərlər. Türkiyə kurortlarına olan aviareyslər isə heç bir dəyişiklik olmadan cədvələ uyğun yerinə yetirilir(azərtac).