Türkiyə silahı qüvvələrinin bir helikopteri Yunanıstana enib.
Strateq.az bildirir ki, bu barədə Yunanıstan polisi məlumat yayıb. Xəbərdə deyilir ki, helikopterdəki 7 hərbçi və 1 mülki şəxs siyasi sığınacaq istəyib.
Yunanıstan bu barədə Türkiyə tərəfini məlumatlandırıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu “xainlərin dərhal geri verilməsini” tələb edib.