XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 15:43

Yunanıstan 8 qiyamçınıgeri qaytarır

Türkiyənin istəyi ilə əlaqədar Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, 8 qiyamçının geri qaytarılması planlaşdırılır.

Xatırladaq ki, Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınmasından sonra içərisində 8 qiyamçının olduğu hərbi helikopter Yunanıstan ilə sərhəd xəttində yerləşən Dədəağac şəhərindəki aerodromda eniş edib.

Helikopterdəki qiyamçılar Yunanıstan hökumətindən sığınacaq istəyiblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmin qiyamçıların geri qaytarılması ilə bağlı Yunanıstana müraciət edib. M.Çavuşoğlu özünün şəxsi “Tvitter” hesabında “Helikopterlə Yunanıstana qaçan 8 xain əsgərin dərhal geri qaytarılmasını istədik”, – deyə status yazıb.