Türkiyədə baş verən hadisələrlə əlaqədar İstanbulun Atatürk hava limanında qalan azərbaycanlı sərnişinlər axşam saatlarında ölkəmizə qayıdacaqlar.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. O bildirib ki, təxirə salınan İstanbul-Bakı aviareysləri axşam saatlarında bərpa ediləcək.