XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 19:40

Binali Yıldırımdan ABŞ-a ultimatum:"Bu adamın arxasında duracaq ölkə Türkiyəyə dost deyil»

binali-16-1

«Dünən gecə yaşanan olaylardan sonra bu adamın, bu qrup liderinin, bu terror təşkilatı rəhbərinin arxasında duracaq ölkə görmürəm. Bunun arxasında duracaq ölkə dost deyil, Türkiyəyə qarşı savaşın içindədir».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Türkiyə baş naziri Binali Yıldırım Fətullah Güləni son olayların təşkilində ittiham edərkən deyib.

Baş nazir bildirib ki, Gülənin terror təşkilatının başı olduğunu buna qədər də bilirdilər. Son olaylardan sonra isə bu, bir daha təsdiqlənmiş olub.

Qeyd edək ki, Fətullah Gülən hazırda Pensilvaniyada yaşayır və B.Yıldırımın məlum açıqlaması ABŞ rəhbərliyinə ultimatum sayıla bilər.