XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 19:46

Türkiyədə daha bir sensasion həbs –II Ordunun komandanı general Huduti də saxlanıldı

huduti-1

Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs edilib.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, ordu generalı A. Huduti hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb. O, son sutka ərzində həbs edilən ən yüksək rütbəli zabitdir.

Malatya qarnizonunun komandanı, general Avni Anqun və daha 2 general da həbs edilib. Malatyada keçirilən əməliyyatda mayor Fatih Kılınç öldürülüb.  

Qeyd edək ki, qərargahı Malatyada yerləşən 2-ci ordu İran, İraq və Suriya istiqamətlərinin müdafiəsinə cavabdehdir. 2-ci ordunun 120 min hərbi və mülki personalı var.