Mikayıl Cabbarovdan daha bir əmr – Qaydalar dəyişdi
Təhsil naziri Mikayıl Cabbarov Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr imzalayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2015-2016-cı dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilib.
Yeni qaydalara görə, tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur:
“Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar”.