XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 İyul 2016 - 20:54

Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı da saxlanıldı –O, çevriliş planının müəllifi kimi təqdim edilir

 tutuklu

Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk həbs olunub.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Akın Öztürk də hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.

Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Kazan rayonunda saxlanılıb.

Məlumata görə,  Akın Öztürkın ətrafında olan digər qiyamçı əsgərlər də silahlarını yerə qoyaraq təslim olublar. 

Xatırladaq ki, Öztürk 2013-cü ildə Hərbi Hava Qüvvələrinin rəhbərliyinə gətirilmiş və 2015-ci ildə vəzifəsindən azad edilmişdi. O, bu ilin avqust ayında təqaüdə göndəriləcəkmiş.

Generalın dünən gecə saat 22.00-da F-16-ların havaya qaldırılması əmrini verməsi ilə düyməyə basdığı iddia edilir. Hərbi qiyam cəhdində ona kürəkəni – hava pilotu Hakan Karakuşun da yardım etdiyi deyilir. İddialara görə F-16-ların uzun müddət havada qalması üçün İncirlikdən "KC135R" tipli iki tanker təyyarə də havada olub.

Məlumata görə, ötən il "Gülən qruplaşması"na bağlı olan Öztürkün hərbçi çevriliş edə biləcəyinə dair Baş Qərargaha məlumat daxil olub. Bildirilir ki, dünənki çevriliş baş tutacağı halda, o, Baş Qərargah rəisi olacaqmış.