XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 22:29

Ərdoğan:“Amerikaya səslənirəm, Pensilvaniyadakı o şəxsi Türkiyəyə təslim edin!”

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı evinin qarşısında toplaşan tərəfdaşlarına canlı yayımda müraciət edib.

Türkiyə dövlətinin başçısı ölkədə uğursuz dövlət çevrilişindən sonra ABŞ-a səslənib. O, Fətullah Gülənin Türkiyəyə verilməsini istəyib. Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Amerikaya səslənirəm. Cənab Prezidentə səslənirəm. Bu çevrilişdən sonra Pensilvaniyadakı o şəxsi Türkiyəyə təslim edin”.

Türkiyə Prezidenti hazırda vəziyyətin nəzarətdə olduğunu qeyd edib. O, Türkiyə Silahlı Qüvvələri ilə xalqı üzə-üzə gətirmək istəyənlərin olduğunu vurğulayıb və hərbi çevrilişə cəhd edənlərin Türkiyə Silahlı Qüvvələri içərisində azlıqda qalan qrup olduğunu vurğulayıb(azərtac).