XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 23:10

Həbs olunan general danışdı:"Əlimdən gələni etdim"

Türkiyədəki hərbi qiyamda adı bir nömrəli təşkilatçı kimi hallandırılan, bu gün həbs edilən Hərbi Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk yaxınları vasitəsilə mətbuata açıqlama verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, general son olaylarda iştirakı ilə bağlı bütün iddiaları rədd edib: «Ali Hərbi Şuranın üzvü və millətimin əmrində olan şəxs kimi qiyam başlayan andan hörmətli Baş Qərargah rəisi Hulusi Akarla birlikdə hərəkət etdim və yanında oldum. Millətimizi, demokratiyanı hədəfə alan bu qiyam cəhdinin heç bir mərhələsində yer almadım. Və bu qiyamın ölkəmiz üçün ən az zərərlə ötüşməsi üçün əlimdən gələni etdim. Hava Qüvvələrinin komandanı, general Abidin Ünalın istəyi ilə bu işdə iştirak edənlərin xətalarından dönmələri bacardığımı etdim». 

Xatırladaq ki, Akın Öztürk hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb. Məlumata görə, Öztürkün ətrafında olan digər qiyamçı əsgərlər də silahlarını yerə qoyaraq təslim olublar.