XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

16 İyul 2016 - 23:17

Türkiyə hüquq sistemində “təmizləmə” əməliyyatı:Konstitusiya Məhkəməsinin iki üzvü həbs olundu

 

ANAYASA MAHKEMESI BASKANVEKILI ALPARSLAN ALTAN, TURKIYEDE AYM YE BIREYSEL BASVURU SISTEMINI ANLATTI (FOTO: MUKREMIN OKSUZGIL/KAYSERI DHA) 

Uğursuz hərbi çevriliş cəhdindən sonrası ordudakı müxaliflərini zərərsizləşdirən AKP hakimiyyəti indi Türkiyə hüquq sistemində “təmizlik” əməliyyatına başlayıb.

Strateq.az xəbər verir ki, bu gün 140 Yargıtay (Ali Məhkəmənin bir qolu) və 48 Dövlət Şurasının üzvü haqqında həbs qərarı verilib. 2 min 745 hakim istefaya göndərilib. Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altandan sonra Erdal Tezcan da nəzarət altına alınıb.

Mövzuyla əlaqədar NTV-yə açıqlama verən Türkiyə Yargıtayının sədri İsmail Rüştü Cirit həmkarları haqqında daha əvvəl istintaq prosesi getdiyi bildirərək deyib: "Bütün xainlər cəzalarını tapacaqlar. Vətəndaşlarımıza keçmiş olsun diləklərimizi bildirirəm".

Məhkəmə hökmü olmayan şübhəlilər barədə xain deyən Ali Məhkəmə sədrinin bu mövqeyinin xeyli müzakirələrə səbəb olacağı gözlənilir.

Qeyd edək ki, Ərdoğan hakimiyyətinin hüquq adamları ilə ulduzu əvvəldən barışmayıb. O, hakimiyyətə yüksəlişində hər zaman hüquqşunasların maneələrilə qarşılaşsa da, bu əngəlləri aşa bilib. Zaman-zaman qarşı-qarşıya gələn AKP-Türk hüquq  sistemi arasındakı ədavətdə tərəflər bir-birinə zərbə vurmaq üçün daim fürsət axtarıblar. Türkiyə Silahlı Qüvvələrinin baş tutmayan hərbi çevriliş cəhdi hakimiyyətə digər əleyhdarlarını zərərsizləşdirmək fürsəti verdiyindən, ordudan sonra ilk “təmizlik” əməliyyatının hüquq sistemində aparılması təsadüfi deyil.

Hüquq sistemindəki kadr dəyişikliklərinin daha geniş sahələrə yayılacağı gözlənilir.

Son xəbər:

Anadolu Agentliyinə görə, 2 min 745 məhkəmə, inzibati hakim və prokuror haqqında həbs qərarı verilib.