“Hazırda hərbi çevrilişin qarşısı alınıb, amma “bu təhlükə tamamilə sovuşdu” demək üçün çox tezdir”.
Strateq.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Fikri Işık bildirib.
O həmçinin deyib: "Hal-hazırda nəzarətimizdən kənarda heç bir sahə yoxdur. Paralel xəyanət şəbəkəsinin üzvlərinə qarşı əməliyyatlar tamamlandı. Bundan sonra çox sıx bir məhkəmə prosesi davam edəcək”.