General Adəm Hüduti
Türkiyədə hərbi çevriliş cəhdilə əlaqədar indiyə qədər 38 general nəzarətə alınıb.
Strateq.az xəbər verir ki, həbsə atılan generallar arasında II Ordu komandanı general Adəm Hüdudi ilə, III ordu komandiri general Erdal Öztürk də var.
Xatırladaq ki, general Adəm Huduti Kosovoda anadan olub, 90-cı illərin əvvəllərində ailəsi ilə birlikdə Türkiyəyə sığınıb. Hərbi məktəbi bitirdikdən sonra türk ordusunda xidmətə başlayıb.
General Huduti Şırnak və Diyarbəkir bölgələrində PKK-ya qarşı aparılan hərbi əməliyyatlara komandanlıq edib.
Başqa generalların da həbsi gözlənilir.