XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 00:16

Fətullah Gülən ittihamları rədd etdi:"Belə bir hadisə ilə qınanmaq çox alçaldıcıdır"

gülen 2

İyulun 15-dən 16-a keçən gecə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdində suçlandırılan Fətullah Gülən ona yönələn ittihamlara cavab verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Gülən Türkiyədə yaşanan hadisələri qınayaraq, bunun yanlış bir addım olduğunu bəyan edib:

“Hökumətlər hərbi güc istifadə etməklə yox, ədalətli seçimlərlə dəyişməlidir. Türkiyədə gerçəkləşən bu hərbi çevrilişi ən sərt formada qınayıram. Türkiyə, türk xalqı və Türkiyədə olan hər kəs üçün dua edirəm. Bu problemin ən sürətli və ən barışcıl həlli üçün Allaha niyaz edirəm. Son 50 ildir yaşanan hər hərbi çevriliş cəhdinin ağrı-acısını çəkmiş biri olaraq, belə bir hadisə ilə qınanmaq çox alçaldıcıdır. Bu tip ifadələri birmənalı olaraq rədd edirəm”.