XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 İyul 2016 - 00:38

Somalidən Fətullah Gülən tərəfdarlarına sərt tələb:"Bir həftəyə ölkəni tək edin!"

gülən 3

Somali hökuməti Fətullah Gülənə bağlı  “Paralel hökumət"ə bağlı “Nile Academy”nin fəaliyyətini nəzarət altına alıb və onlara ölkəni tərk etmələri üçün bir həftə vaxt verilib.

Strateq.az xarici mətbuata əsasən bildirir ki, bu haqda Somali hökumətinin yaydığı rəsmi açıqlamada deyilir.

"Türkiyə hökumətinin tələbi ilə “Nile Academy”nin fəaliyyətinin dayandırılmasına, təşkilat işçilərinə ölkəni tərk etmələri üçün sabahdan etibarən bir həftə vaxt verilməsinə qərar verildi” – deyə bildirilən açıqlamada Türkiyəni geri götürməyə çalışan uğursuz çevriliş cəhdi qınanır, demokratiyanı qorumaq naminə həyatını itirənlər üçün türk hökumətinə və xalqına başsağlığı verilir, yaralananlar üçünsə şəfa istənilir.