XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 02:31

Ərdoğana sui-qəsdə kimlərin cəhd etdiyi açıqlandı – 40 "Bordo bereli"

erd333

Türkiyədə hərbi çevriliş edərək hakimiyyətə gəlmək istəyən qüvvələrin prezident R.T. Ərdoğana sui-qəsd təşkil etmək cəhdlərinin bəzi təfərrüatları bəlli olub.

Strateq.az türk mətbuatına istinadən bildirir ki, qiyamçılar prezidentin istirahət etdiyi otelə 40 nəfər xüsusi təyinatlı əsgərlə ("bordo bereli"lər) hücum edərək, sui-qəsd törətmək istəyiblərmiş.

Pilot Zeki Göçmenin əmri altında olan xüsusi təyinatlılar 3 “Skorski” hərbi vertolyot ilə prezidentin istirahət etdiyi otel binasının həyətinə eniblər. Nəticədə qiyamçılarla prezident qorumaları arasında qanlı atışma baş verib, qiyamçıların bir hissəsi zərərsizləşdirilib. Vertolyotlardan birinin sıradan çıxdığını görən qiyamçılar sağ qalan 2 vertolyotla yenidən İzmirə dönüblər.