XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 04:59

Yunanıstana qaçan 8 hərbçi tutuldu –Helikopter Türkiyəyə qaytarıldı

8 qaçaq

Hərbi vertolyotla Yunanıstana qaçan və dövlətdən sığınacaq istəyən hərbi qiyamçılar, nəhayət, ələ keçirilib.

Strateq.az türk mətbuatına istinadən xəbər verir ki, uğursuz hərbi çevrilişin ardından “Skorsky” hərbi vertolyotu ilə Yunanıstanın “Dedeağaç” hava limanına eniş edən 8 qiyamçı rütbələrini sökərək, Yunanıstan hökumətindən sığınacaq tələb edib. Hərbçilərdən ikisi mayor, biri kapitan, 5-i isə əsgər olub. 

Yunan polisi tərəfindən qısa zamanda ələ keçirilən qiyamçılar prokurorluğa təhvil verilib. Məhkəməyə çıxarıldıqdan sonra onların Türkiyəyə veriləcəyi gözlənilir.

Yunanıstana enən, Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopter isə artıq geri qaytarılıb.