ABŞ rəhbərliyi əvvəl Türkiyədəki çevriliş cəhdinin uğurlu alındığını sanıb, buna görə də konkret bir dillə hadisəni qınamaqdan yayınıb.
Strateq.az xəbər verir ki, bu iddianı Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Tolga Tanış irəli sürüb. Tanış, həmçinin, Ərdoğanın Almaniyadan sığınacaq tələb etdiyi xəbərlərinin də ABŞ mətbuatında dolaşdığını bildirib.
Amerika ordusunun sabiq kəşfiyyatçılarından təqaüdçü podpolkovnik Ralph Petersin "məsələ aydındır. Bu çevriliş Türkiyənin islamçı bir diktatorluqdan xilas olması üçün son şansıdır. Əsla səhv etməməliyik. Bu təşəbbüsdə rol alanlar yaxşı adamlardır"dediyini xatırladan Tanışa görə, çevrilişin ilk anlarında Pentaqondan Amerika mediasına cəhdin uğurlu alındığı təəssüratı yaradan əsassız açıqlamalar verilib: “İlk saatlarda biri danışdı MSNBC'ye. Və prezident Tayyib Ərdoğanın Almaniyadan sığınacaq istədiyini iddia etdi."
Çevriliş təşəbbüsünün uğursuzluğundan sonra Dövlət Departamenti binasında axşam bir Amerikalı diplomata "Kim söyləmiş bu sığınacaq məsələsini" deyə soruşduğunu bildirən Tanış "israrla kimsənin belə bir şey deyə bilməyəcəyi” cavabını alıb: “Mən də MSNBC-in belə bir şeyi özündən uydurmayacağını izah etdim".
Tanış Amerika rəhbərliyinin hadisəyə reaksiyasının da xeyli yavaş olduğuna inanır:
“Hadisənin baş verdiyi cümə axşamı saat 23.22-də çevriliş təşəbbüsü ilə bağlı " həm Ağ Evdən, həm də Dövlət Departamentindən bir açıqlalamalarının olub-olmadığını soruşdum. "İzləyirik" dedilər. Nəyi gözlədilər, bilmirəm, amma dərhal qınamadılar. O sırada Moskvada olan dövlət katibi Con Kerrinin də açıqlaması qeyri-kafi idi. O da açıqlamasında "sülh, sabitlik və davamlılıq" deyib çox irəliyə getməmişdi".
Tolga Tanışın bu məlumatları ABŞ-ın çevriliş təşəbbüsünə isti yanaşdığından xəbər verir.