XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 09:02

Tramp Türkiyədəki uğursuz çevriliş cəhdinə görə Obamanı suçladı

tramp-44

 

"Türkiyədə qiyam baş verdi. Bu, Obamanın və Klintonun müvəffəqiyyətsizliyinin yeni bir göstəricisidir. Toxunduqları hər şey dəhşətli, ölümcül nəticələrə gətirib çıxarır".

Strateq.az xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib.

“Amerikanın səsi” radiosunun bildirdiyinə görə, Tramp bu uğursuz siyasətlərlə Yaxın Şərqin hər zamankından daha qeyri-sabit olduğunu söyləyib.

Bənzər iddianı Tramptan sonra söz alan köməkçisi Mayk Penc də təkrarlayıb. O, "ölkəmizdə və xaricdə baş verən terror hadisələri, Fransada bir neçə gün əvvəl gördüyümüz kədərli mənzərələr və Türkiyədəki çevriliş cəhdi dünyanın getdikcə parçalanmağa getməsinin bir dəlilidir" deyib.