XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 12:04

Bakıda dəhşətli avtobus qəzası:21 nəfər yaralanıb (FOTOLAR)

Bu gün Bkının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

Prospektin “aeroport yolu” kimi adlanan hissəsində metronun Koroğlu stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin “Daewoo” markalı avtobusu ilə "Shacman" markalı yük maşını toqquşub. Hadisə nəticəsində avtobus aşıb, yük maşını isə yoldan çıxıb. Daha sonra isə “VAZ-2107” markalı maşın aşan avtobusa çırpılıb.

İlkin məlumata görə, qəzada 21 nəfər yaralanıb, ölən yoxdur. Yaralılar Sabunçu xəstəxanasına aparılıb.  
Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasından Lent.az-a bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var.

Yol Polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılır.