XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 12:49

İrəvanda polis alayını ələ keçirən silahlıların tələbi:Hakimiyyət istefa versin!

Ermənistanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib və hakimiyyətin istefasını tələb edir.

Bu barədə Trend TASS-a istinadən xəbər verir. Lakin hələ rəsmi məlumat verilmir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, xəsarət alanlar da var.

Müxalif qruplaşmanın bəyanatında deyilir ki, cinayətkar qrupun təşkilində təqsirləndirilərək iyunun 20-də həbs olunan müxalifət nümayəndəsi Jirayr Sefilyanın tərəfdarları “Ermənistanda vəziyyəti dəyişmək niyyətində” olduqlarını elan edirlər.

Qeyd olunur: “Biz artıq İrəvanda polisin əsas bazalarından birini ələ keçirmişik və paytaxtın cənubundakı Erebuni məhəlləsinə nəzarət edirik”.