XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 13:12

Ermənistanda da qiyam başladı? –Ölən, yaralanan və girov götürülənlər var (YENİLƏNİR)

Silahlı şəxslər 7 polisi girov götürüblər.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatda deyilir: “Yerevanda iyulun 17-si səhər saatlarında polis post-patrul xidmətinin alayına hücum təşkil edilib. Alayın ərazisində olanlar girov götürülüb”.

Bundan əvvəl bildirilirdi ki, silahlı qrup radikal müxalif “Yeni Ermənistan” İctimai xilas cəbhəsinin lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edir.

Bölmə istiqamətində olan bütün ətraf ərazilər mühasirəyə alınıb. Əraziyə daxili qoşunlar, polis qüvvələri, o cümlədən zirehli texnika gətirilir.

Jurnalistlər mühasirəyə alınmış əraziyə girişinə icazə verilmir. Polis heç bir şərh vermir, rəsmi bəyanatı gözləməyə çağırır. Hər iki tərəfdən yaralıların olduğu bildirilir.

****

Bir qrup silahlı şəxs tərəfindən İrəvanda Daxili Qoşunların və polisin binasının ələ keçirilməsi zamanı bir polis əməkdaşı ölüb, ikisi yaralanıb.

****

Ermənistan Milli Təhlükəsizlik Xidməti polis post-patrul xidmətinin alayına hücum edildiyini bəyan edib.

Bəyanatda deyilir: “İrəvanda iyulun 17-si səhər saatlarında polis post-patrul xidmətinin alayına hücum təşkil edilib. Alayın ərazisində olanlar girov götürülüb”.

Bildirilir ki, hazırda silahlı şəxslərlə təslim olmaları üçün danışıqlar aparılır: “İstənilən qanunazidd hərəkətlərin qarşısı alınacaq, günahkarlar məsuliyyətə cəlb olunacaq.”

Qeyd edək ki, Ermənistanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib və hakimiyyətin istefasını tələb edir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, xəsarət alanlar da var.

Müxalif qruplaşmanın bəyanatında deyilir ki, cinayətkar qrupun təşkilində təqsirləndirilərək iyunun 20-də həbs olunan müxalifət nümayəndəsi Jirayr Sefilyanın tərəfdarları “Ermənistanda vəziyyəti dəyişmək niyyətində” olduqlarını elan edirlər: “Biz artıq İrəvanda polisin əsas bazalarından birini ələ keçirmişik və paytaxtın cənubundakı Erebuni məhəlləsinə nəzarət edirik”(trend).