"Silahlı şəxslər İrəvanda Ermənistan polisinin 7 əməkdaşını girovluqda saxlayır".
Bunu erməni parlamentinin müxalifətdən olan deputatı, qiyamçıların ələ keçirdiyi post-patrul xidmətinə baş çəkmiş Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da var. Qiyamçılar daha bir polisi səhhətində problemin olması səbəbilə girovluqdan buraxıblar.
"Silahlı dəstə Jirayr Sefilyanın azadlığa buraxılmasını, Ermənistan prezidenti Serj Sarkisyanın istefaya getməsini və hakimiyyəti xalqa təhvil verlməsini tələb edir" – deyə deputat qeyd edib.
Deputat vurğulayıb ki, qiyamçılar onlara qarşı hər hansı hücum əməliyyatına sonadək mübarizə aparmağa kökləniblər.
Qeyd edək ki, silahlıların polisin binasına hücumu zamanı 1 polis əməkdaşı öldürülüb, iki asayiş keşikçisi yaralanıb. Erməni mətbuatının məlumatına görə, silahlı şəxslər arasında da yaralanan var. Ermənistan polisi tərəfindən silahlıların əməliyyatının gedişi barəsində hər hansı rəsmi açıqlama verilmir. (Report)