XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 16:00

Ərdoğan ABŞ-a səsləndi:"Bu zat daha nələr etməlidir ki, onu geri verəsiniz?"

gulen

Türkiyə prezidenti Ərdoğan bu gün tərəfdarları qarşısında çıxış edərək, 15 iyulda Türkiyədə baş  verən dövlət çevrilişinə cəhdlə bağlı Fətullah Güləni yenə ittiham edib.

Strateq.az xəbər verir ki, çıxışında ABŞ-a səslənən Ərdoğan "İndiyədək biz o zatın (Fətullah Güləni nəzərdə tutur – redaksiya) geri verilməsini və yaxud deportasiya edilməsini sizdən dəfələrlə xahiş etdik. Ancaq hər dəfə müxtəlif bəhanələr, dəlil yetərsizliyini əsas gətirib, bunu eləmədiniz. Sizə 15 iyulda baş verənlər yetərli deyilmi?! Xərçəng kimi yayılan bu terror təşkilatı daha nələr etməlidir?! Buradan Amerikaya səslənirəm və deyirəm, o zatı bizə geri verin", – deyə, bildirib.

Ərdoğan onu da bildirib ki, nəyin bahasına olursa olsun, Fətullah Gülən layiq olduğu cəzanı alacaq: "O və hörgütü gərəkli dərsləri alacaqlar. Bu ölkədən onların bütün kökklərini kəsəcəyik, cəzalarını ən ağır şəkildə ödəyəcəklər".

Ərdoğan Gülənə də xitab edib: "Ey zat, nə zamana qədər gizlənəcəksən?! Gəl, etdiklərinin cavabını ver. Buradan xalqımızı da əmin edirəm, bu hörgütün bütün hücrələrinə enəcəyik, onların hər birinin aşkarlanaraq, cəzalandırılmasına nail olacağıq".

Xatırladaq ki, dünən Fətullah Gülənin Türkiyəyə verilib-verilməyəcəyi barədə suala cavab verən ABŞ-ın dövlət katibi Kerri deyib ki, "dəlilləri təqdim etsinlər, baxaq və qərar verək".