XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

17 İyul 2016 - 16:06

Ərdoğan:"Ən gözəl cavabı xalq milli iradəni ortaya qoyaraq verdi"

Ölkəmizin birliyini, xalqımızın qardaşlığını və həmrəyliyini gözü götürməyənlərin hakimiyyəti ələ keçirmə istəklərini silahlı qiyamla reallaşdırmaq istədilər. Bu qiyamın qarşısı xalqımıza etdiyimiz müraciətlə ölkəmizin bütün bölgələrində meydanlara axışan vətəndaşlarımız tərəfindən alındı.

Azərtac xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 17-də İstanbulun Fatih məscidində dövlət çevrilişinə cəhd zamanı həlak olan şəhidlərin bəzilərinin son mənzilə yola salınması mərasimində deyib.

Cənazə namazının qılınmasından sonra mərasim iştirakçıları qarşısında çıxış edən dövlət başçısı deyib ki, demokratiyada xalqın tələbinə göz yumula bilməz. Bu, xalqın haqqıdır.

Prezident qiyamçılara qarşı ən gözəl cavabı xalqın öz milli iradəsini ortaya qoyaraq verdiyini bildirib. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fəthullah Gülən terror təşkilatı tərəfdarlarının yer aldığı məhkəmə sistemində geniş təmizləmə işlərinin aparıldığını və bu tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb. Rəcəb Tayyib Ərdoğan təşkilatın tərəfdarlarının həbs olunmasının məhkəmə orqanları ilə yanaşı, orduda və digər dövlət qurumlarında da aparılacağını qeyd edib.