XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2015 - 16:33

Şimali Kiprdə hökumət istefaya getdi

kiprrr.jpg

Baş nazir özkan Yorqancıoğlu iki ilə yaxındır iqtidarda olan koalisyon hökumətin (Cümhuriyyətçi Türk Partiyası – Birləşmiş Güclər və Demokrat Partiyası – Milli Güclər) istefasını prezident Mustafa Akıncıya təqdim edib.

Strateq.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, prezident Akıncı baş nazirə bu günə qədərki xidmətlərinə görə təşəkkür edərək gələcək fəaliyyətində uğurlar arzulayıb:

«Hökumətlər gəlib-gedəcək. Cəmiyyət gedənlərə təşəkkür edəcək, yeni gələnlərdən də xidmət gözləyəcək».

Akıncı yeni hökuməti qurmaq üçün yaxın günlərdə partiya liderləri ilə görüşəcəyini də bildirib:

«Yeni hökumət ən qısa zamanda qurulmalı, ölkə boşluqda qalmamalıdır».

Prezident yeni hökumət qurulana qədər Yorqancıoğlundan vəzifəsində qalmasını istəyib.