Türkiyədə uğursuz nəticələnən hərbi çevrilişə rəhbərlik etdiyi bildirilən Hərbi Hava Qüvvələrinin keçmiş rəisi Akın Öztürkün fotoları yayılıb.
Anadolu agentliyinin yaydığı fotolardan generalın üzərində çoxsaylı xəsarətlərin olduğu aydın görünür.
Qeyd edək ki, çevriliş planı baş tutsaydı, Akın Öztürkün ordunun baş qərargah rəisi vəzifəsinə keçəcəyi iddia olunurdu. Hazırda o, Terrorla Mübarizə Şöbəsində saxlanılır və yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq(lent.az).