XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 23:24

ABŞ dövlət katibindən Ərdoğana ciddi xəbərdarlıq:"Əminsiniz, Ərdoğan demokratiyaya daha çox zərər verməyəcək?"

524839952

ABŞ Dövlət katibi Con Kerri televiziya proqramında Türkiyə ilə bağlı sualları cavablandırarkən, Ərdoğana ünvanlanmış maraqlı yanaşma ortaya qoyub.

Strateq.az türk mətbuatına istinadən xəbər verir ki, Con Kerri hadisələri belə şərh edib: “Görünən odur ki, Ərdoğan hərbi çevrilişin qarşısını almağı bacarıb. Bilirəm ki, ABŞ demokratik seçkilərlə seçilən hökuməti dəstəkləyir. Amma siz əminsiniz ki, Ərdoğan bundan istifadə edərək öz gücünü artırmayacaq və demokratiyaya daha çox zərər verməyəcək? Təbii ki, onun bunu etməməyi çox önəmlidir, əgər edərsə, bu vəziyyət NATO, Avropa və hamımıza çox çətin bir problem yaradar. Onlarla əlaqə saxlayaraq, demokratik vəziyyətlə bağlı şübhələr yaradacaq qədər çox irəli getməmələri barədə tələb irəli sürdük. Ümid edirəm ki, bu formada bitməz”.