XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

18 İyul 2016 - 00:48

“Bu, Ərdoğana xəbərdarlıqdır” –Fransalı nazirdən ilginc açıqlama

jan-jarl-fransa-xin

Fransanın Xarici İşlər naziri Jan-Mark Eyro Türkiyədə baş verən hərbi çevrilişə cəhdə münasibət bildirib.

“Frans 3” telekanalına müsahibə verən nazir Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edərək demokratik prinsiplərin pozulduğunu iddia edib:

“Türkiyədə hüququn suverenlik prinsipinin tam işləməsini istəyirik. Hərbi çevrilişə cəhd Ərdoğana xəbərdarlıqdır. Bu səbəbdən eyni fikirdə olmayan şəxslərin təmizlənməsi qəbuledilməzdir”.

Avropalı nazirlərin sabah Belçikanın paytaxtı Brüsseldə bir araya gələcəklərini xatırladan Eyro Türkiyənin Avropanın demokratik prinsipləri ilə uyğunlaşmasını bir daha qabardacaqlarını deyib.

Digər tərəfdən Eyro Türkiyənin İŞİD-lə mübarizədə etibarlı tərəfdaş olub-olmadığını da müzakirə edəcəklərini əlavə edib.

“Bəzi suallar var və biz bu sualları soruşacağıq. Türkiyə qismən etibarlıdır, amma bəzi şübhələr də var. Bu mövzuda dürüst olmalıyıq”, – deyə, fransalı nazir qeyd edib(Axar.az).