XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

18 İyul 2016 - 02:05

“Fətullah Gülənin Türkiyəyə qaytarılmasını tələb edirik” –Ərdoğan tərəfdarları ABŞ-da hərəkətə keçdilər

fetö 333

ABŞ-da yaşayan bir qrup türk Ağ Evin internet saytında FETÖ (Fətullah Terror Örgütü) lideri adlandırılan Fətullah Gülənin Türkiyəyə verilməsi tələbiylə imza kampaniyasına başlayıblar.

Strateq.az türk mətbuatına istinadən xəbər verir ki, “Hökumətimizin Gülənə təhlükəsiz bir liman təşkil etməsini və Türkiyəyə təslim edilməsini istəyirik” başlığı altındakı məktubda F.Gülənə bağlı hərbçilərin çevrilişə cəhd etdikləri bir daha vurğulanır.

Türkiyə ilə ABŞ-ın uzun müddətdir müttəfiq olduğu xatırladılan məktubda Fətullah Gülən terroru dəstəkləməkdə suçlandırılır və onun Türkiyəyə verilməsi tələb edilir.