XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 İyul 2015 - 02:15

Nikolay Patruşev: “Qərbin məqsədi Rusiya rəhbərliyini dəyişməkdir”

Qərbin sanksiyalarının məqsədi Rusiya rəhbərliyinin dəyişilməsidir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Rusiyaya qarşı iqtisadi potensialın zəifləməsinə istiqamətlənmiş sanksiyalar tətbiq olunur. Bunların məqsədi apardığımız siyasətə təsir etmək və prinsipcə, ölkədəki rəhbərliyin dəyişilməsidir”, – deyə o vurğulayıb.

Patruşev qeyd edib ki, sanksiyalar ziyan verməklə yanaşı yeni imkanlar da yaradır. “Mən hesab edirəm ki, sanksiyaların tətbiq edilməsi yaxşı haldır”, – deyə Patruşev bildirib.

O qeyd edib ki, Rusiya iqtisadiyyatına ziyanı sanksiyalar yox, daha çox karbohidrogen ehtiyatlarının ixracından və texnologiyaların idxalından asılılıq vurur: “Hazırda bunlardan qurtulmaq üçün tədbirlər planı hazırlanır”.