XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

18 İyul 2016 - 15:35

Ərdoğanın təyyarəsi niyə vurulmayıb? –"Röyter"dən iddia

erdogan

Türkiyədə iyulun 15-də baş verən hərbi çevrilişə cəhdlə bağlı yeni məlumatlar ortaya çıxır.

“Röyter”ə danışan bir təqaüddə olan hərbçi 2 ədəd F-16 qırıcısının Prezident Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarəyə yaxınlaşdığını, ancaq vurmadığını açıqlayıb.

“Ərdoğanın Muğlanın Dalaman Hava Limanından havaya qalxan təyyarəsini iki ədəd F-16 qırıcısı qoruyurdu. Başqa 2 F-16 qırıcısı isə təyyarəyə yaxınlaşıb, amma vurmayıb”, – deyə, hərbçi qeyd edib.

Başqa bir dövlət rəsmisi isə Ərdoğanın təyyarədə olarkən çətin anlar yaşadığını deyib. Adı açıqlanmayan şəxs hərbi çevriliş vaxtı Baş nazir Binəli Yıldırımın son anda xilas olduğunu əlavə edib(Axar.az).