XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 İyul 2016 - 16:12

“Rusiya prinsipial mövqeyə malikdir” –Lavrovdan çevriliş açıqlaması

lavrov

“Rusiya Konstitusiyaya zidd dövlət çevrilişlərinin qəbuledilməzliyi barədə prinsipial mövqeyə malikdir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov portuqaliyalı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında Türkiyə baş verən hərbi çevriliş cəhdi ilə bağlı sualı cavablandırarkən bildirib. 

”Bildiyiniz kimi, dünən Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Prezident Vladimir Putin Rusiyanın Konstitusiyaya zidd dövlət çevrilişlərinin qəbuledilməzliyi barədə prinsipial mövqeyə malik olduğunu bir daha xatırladıb. İstər Türkiyədə olsun, istər Ukraynada və Yəməndə, ya da başqa yerdə…Vacibdir ki, dünənki telefon danışığı zamanı Türkiyə prezidenti ölkəsində olan Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması  üçün əllərindən gələni edəcəklərini bir daha təsdiqləyib. Hazırda biz Türkiyədə olan rusiyalı turistləri ölkəmizə qaytarırıq və bu işdə Türkiyə hakimiyyətinin tam əməkdaşlığını hiss edirik. O ki, qaldı hadisələrin hazırda inkişafına, burada bizim mövqeyimiz məlumdur. Bu mövqe bütün məsələlərin istisnasız olaraq Konstitusiya çərçivəsində həll edilməsindən ibarətdir” – deyə, Rusiya XİN başçısı qeyd edib.

APA