XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

18 İyul 2016 - 17:21

Prezident Administrasiyasının şöbə müdirləri ilə bağlı sərəncam –Komissiyanın tərkibində dəyişiklik oldu

Ilham Eliyev

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, dəyişikliyə əsasən, Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

– Komissiyanın sədri:

Süleyman İsmayılov – Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

– Komissiyanın üzvləri:

Fatma Abdullazadə – Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Şahin Əliyev – Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Eldar Nuriyev – Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri

Tələt Məcidov – Prezident Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri

Səadət Yusifova – Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri

Azər Əmiraslanov – Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri

Mail Rəhimov – iqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətinin iqtisadi siyasət məsələləri şöbəsinin müdiri

Əli Hüseynov – Prezidentin İşlər müdirinin müavini

Ataxan Paşayev – Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi”.

Sərəncamla Komissiya haqqında Əsasnamədə də bir sıra dəyişiklik edilib.