Bu günlərdə ölkə təhsilinin ən ağrılı yeri olan ali təhsillə bağlı rüsvayçı bir olay yaşandı.
Daha doğrusu, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala Filialının direktoru ilə dekanı arasındakı imtahan sessiyasında yaşanan biabırçılıqların audio yazısı sosial şəbəkələrdə və bəzi media qurumlarında yayıldı. Maraqlıdır ki, bu rəzalətə hələlik Təhsil Nazirliyindən rəsmi münasibət bildirilməyib və olayda adları hallananlarla bağlı hansı tədbirlərin görülüb – görülmədiyi barədə də məlumatsızlıq hökm sürür…
Strateq.az moderator.az-a istinadən həmin audioyazının mətnini oxuculara təqdim edir.
Dekan: Məni çağırmırsınız heç?
Direktor Orucəli Rzayev: Gəl.
Dekan: Kimin işləridir?
Direktor O. Rzayev: Dəftər yoxlatmışam.
Dekan: Yaxşı yoxlayıbsınız, qiymət yazıb, eləmi?
Orucəli Rzaye: karandaşla yoxlatmışam.
Dekan: Dəyişə bilərik, aşağı salırsınız (qiymətləri) eləmi? Yaxşı eləmisiniz. Bunlar belədirlər. Axı bunlara (yəni müəllimlərə) nə məcburdur bunlar bunu eləsinlər? (yəni qiymət yazsınlar)
Direktor Orucəli Rzayev: Xəzangül, mən sənə dedim axı, bunlar bizim pulu niyə vermirlər?
Dekan: (gülür) Bilmirəm, ay müəllim, nə edim axı ? O Nərmin də pulu vermədi?
Direktor Orucəli Rzayev: O, verdi
Dekan: Nərmin nə qədər pul vermişdi?
Direktor Orucəli Rzayev: Nərmin 200, təxminən 500 verib.
Dekan: Bax siyahını qoyun qabağınıza. 4 Ə –ni (qrup nömrəsidir) sıra ilə gələk. Ya da bütün pulları yazıb. Axırda metodikaya kecək, siyahılaşdıraq. Nətəri edirsən…hə, qoy hələ bunları deyim. Bankomatı, bunu indi İra (baş mühasib)verdi mənə. Mən sizə dedim axı, Dərvişova Türkanın pulunu bankomatdan çıxartmamışam. İndicə mənə verdi ki, kart gəlib. Bu gün isə mən axşam bankomatdan kartları saldım, kartlar atkaz verdi. İraya bildirmrəm da. İraya dedim tələbələrə demişəm kartları gətirəcəklər. Mən İraya dedim ki, uşaqlar deyir kartları bankomata salırıq pul çıxmır. Dedi vaxtları bitib da, de gətirsinlər dəyişək. Amma özüm salmışam. Saldım, ğördüm pul çıxmır. Bunlara pul (tələbə təqaüdü ) yüklənib, sadəcə vaxtları bitib. Cəmi 6 kart idi, 4 dənəsi bu, 2 dənəsi də bu. Bu bununku, bu da Fərruxunku. Fərruxla Hürünün puludur. Ala. Bu dörd dənə kartı verirəm İraya (baş mühasibə) dəyişib gətirsin. Bunu isə çıxartmamışam, axşam çıxardıb sabah verəcəm. Oldumu müəllim? 4 dənə kart qaldı qıraqdadı, 2 kart bu bunun da pulunu çıxartmamışam. Bu da belə. Kartlardan qurtardıq, indi də keçək pullara. 4 ə Lalə 300 manat. İndicə gətirib. Bilmirəm, deyir gücüm buna çatır.
4 Ə Lalə 300 manat. Həvva, bunlar ikisi bir gəlib yanıma, ikisi də eyni cür qatlayıb pulları.
Direktor Orucəli Rzayev: O necə verib?
Dekan: O da uç yüz. İkisi də yaxşı oxuyan qızlardır. Yenə o siz, o da onlar. Mən daha bilmirəm.
Füzuli də deyən qız mənə gəlib yalandan ayrı qiymət deyir. Mən də Füzuliyə deyirəm qız belə deyir, Füzuli də nə təhər nervlənərsə, get qızı tut gəl, dedi sən mənə nə demisən? Qız dedi ki, 350. Dedi bəs sən Xəzangül müəlliməyə nə demisən? Dedi ki, 400. Dedi utanmırsan sən burdan bura yalan danışırsan? Get məndən qurtardıq. Gör Füzuliyə 350 deyir, gəlib mənə 400. Akazıvaetsya Füzuli heç pulu götürməyibmiş.
Cəliyeva Turkan 150 3A , sonra pula baxır deyir yooo yo 100 manat verib 50 qaldı, yazın. Bunlar axı hələ qurtarmıyıblar imtahanları. Həsənova Könul, bu da. Amma bu günkülər hamısı 400 manat gətiriblər.
Həsənova Könul 4Ə qrupundan 300 manat (pulu sayır) bir, iki, bu da üç.. Bunlar yaxşı oxuyanlardır, hamıdan qabaq giriblər özü də. üç yüz, üç yüz, 4 nəfər 300 manat gətirib, Vasif 200 manat gətrib. Nağarım, müəllim, Vasf deyir yoxumdur, mən də daha heç nə deyə bilmərəm. Balayeva Şəhla, budur bax Füzuli ilə mübahisəsi olan. 300 manat, Füzuli götürmədi, gətirdi mənə verdi. Rəhimova Elnarə. Balayeva Şəhlanı yazdınız? İkinci adamdır. Birinci imtahan verən qız budur. Yaxşı danışan, ikincimi, yoxsa üçüncü adamdır.
Direktor Orucəli Rzayev: Balayeva Şəhla nə qədər verib?
Dekan: 300 manat, yazdınızmı? İndi bunu yazın. Rəhimova Elnarə 400 manat. (pulları sayır) Bu qrup da bir az güclü qrupdur, (yenə pul sayır) Bir, iki, üc, dörd. Vəliyeva, ərinin familyasıdır. Turanə Şabanova qrubkom 300 manat. Qrupkomdur. Bu da xəsisin biridir. Kondisioner yanır, amma otaq yenə istidir. ürəyim sıxılır. Yazdınızmı Turanəni? Vasif 200 manat verdi, 50 manat da gətirəcək.
Direktor Orucəli Rzayev: Bu dünəndən qalandır, eləmı?
Dekan: Yoox, havaxt dünəndən qalıb? Vasif heç verməyib. 4Ə – də Vasif ən ayaqda (yəni siyahının) alın 200 manatdır, 50 manatını müəlliməyə göndərdim, göndərməmışdım axı. 50 manat da gətirəcək. Dedim ay Vasıf, çox azdır, dedi ay müəllim, 50 – sini də arayış alanda verərəm də.
Direktor Orucəli Rzayev: 50 manatı dedin kimə verdin?
Dekan: Ədəbiyatçıya, Ha bu qonşuya. İngilisə vermışdım, ədəbiyyatçıya verməmışdım. Nərmin – 4Ə. Əvvəl verib, indi də qalığını gətrib. Əvvəl nə verib?
Direktor Orucəli Rzayev: 200m veribdir. Qalıq nə qədər gətiribdir?
Dekan: Qalıq 150 manat gətirib. Mən bilmırəm daha əvvəl nə veribdir. öz dəftərinzdə olacaq. Sevdayyə – 3Ə. Əvvəl vermışəm, deyir baxın görün veribdirmi? Bilmirəm nə verib? Aldadır nədir? Sevdayyə -3Ə. Nə veribdir.
Direktor: 100 manat veribdir.
Dekan: İndi də 100 manat gətiribdir. Dedim yazacam ora, görüm əvvəl vermisənmi .Qorodayeva Turanə, bunu Füzuli müəllım gətiribdir. 2 R – dən 3 dənə kəsri var. birinə də pul gətirb. 3 dənə kəsr getdi…
Direktor : Sonunculardanmı?
Dekan: Hə, sonunculardan. Hər imtahanın pulunu verirlər. Gülşanə – bunu Rövşən müəllim tapşırmısdı. Hec cür mümkün olmadı, dörd dənə kəsri qaldı. Birındən keçirdım. Nağayrım, ay müəllim, gəlsin hökümətə keçirsin ödəsin. Gülşanə 1R qrupdan Rövşən müəllim də inciyib. Dedim mən nağayrım, Bakıya gedib imtahanlar, mümkün deyil. Basımız ağrıyacaq, ay müəllim. Sonra öğuzlular vardı, siz Kamiləni çağırmısınız. Gəldilər mənim yanıma. Dedim ki, ay bacı, müəllim istəyər ki, düzəlsin, amma kökdə düzəlməyəcək.
Direktor: Kimi dedin?
-Gülşanə kökdə düzələsi deyil, ax – vayın xeyri yoxdur.
-Hansı, ana-bala?