XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2015 - 09:12

Tanınmış jurnalist ağzını tikib aclıq aksiyasına başlayır – vergi işçilərinə görə

Məşhur hərəkatçı və sabiq siyasi məhbus, tanınmış jurnalist Fərəməz Novruzoğlu bu gündən ağzını tikməklə və aclıq etməklə müddətsiz etiraz aksiyasına başlayır.

Bu barədə məlumatı Strateq.az-a jurnalistin özü verib. O bildirib ki, aksiya keçirməsinə səbəb Vergilər Nazirliyi əməkdaşlarının qərəzli fəaliyyətlərinə diqqət çəkməkdir: “Bilirsiniz ki, sonuncu dəfə Prezidentin fərmanı ilə əfv edildikdən sonra, mən jurnalistikadan aralanıb kiçik bizneslə məşğul olmağa başlamışam. Metronun “Gənclik” stansiyasına yaxın yerdə balaca bir mağazanı icarə götürüb işlədirdim. Bu işə başladığım gündən vergi işçilərinin qanunla uzlaşmayan basqılarına məruz qalmışam. Artıq ikinci dəfədir ki, heç bir əsas olmadan məni külli miqdarda cərimə edirlər. Bu səbəbdən də, ağzımı “tikməklə” müddətsiz aclıq aksiyasına başlayıram”.

Strateq.az