“Azəryolservis” paytaxtda böyük söküntüyə başladı – FOTOLAR

Paytaxtın Şəfayət Mehdiyev küçəsinin Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsinin 4 hərəkət zolağına uyğun yenidənqurulması planlaşdırılır.
Strateq.az xəbər verir ki, “Azəryolservis” ASC-dən Trend-ə bildiriblər ki, hazırda tikinti altına düşən maneələr (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) barədə məlumatların toplanılmasına başlanılıb.
Sözügedən yolun salınması ilə bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis “ASC aidiyyatı qurumlardan cəmiyyət ilə razılaşdırmadan həmin ərazidə həyata keçirilən bütün növ tikinti işlərinin dayandırılmasını xahiş edir.