XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 11:06

“Təəssüf ki, Xan ölkəmizdə yaşanan hadisələri tam qavramayıb” –Çavuşoğlundan Avropa İttifaqına ismarıc

movlud-cavusoglu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının nümayəndəsi Yohan Xanın tənqidlərinə münasibət bildirib.

Nazir tənqidlərin yersiz olduğunu bildirib:

“15 iyulda demokratiyamızı və konstitusiyamızı hədəf alan, xeyli günahsız insanın həyatı bahasına başa gələn qanlı hərbi çevrilişə cəhd oldu. AB və müttəfiqlərimizdən ölkəmizdəki demokratik prosesi dəstəkləmələri və çevriliş cəhdini şiddətlə qınamaqlarını gözləyirik. Türkiyə heç bir halda insan hüquqları, qanunun aliliyi və demokratik prinsiplərdən geri addım atmayacaq. Təəssüf ki, Xanın ölkəmizdə yaşanan hadisələri tam qavramadığı görünür”. (Axar.az)

Xatırladaq ki, Fransanın Strasburq şəhərində jurnalistlərin suallarını cavablandıran Yohan Xan Türkiyədə aparılan kütləvi həbsləri qınamışdı: “Hadisənin dərhal ardından siyahılar çoxdan hazır idi. Bu vəziyyət müəyyən bir mərhələdə istifadə etmək üçün hazırlanıb”.