Türkiyədə hərbi çevriliş cəhdindən sonra aparılan həbslər və işdən çıxarılmalar sürətlə davam etdirilir.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Binəli Yıldırımın rəhbəri olduğu Baş Bakanlıqda (Nazirlər Kabineti) polislər axtarış aparıblar.
Məlumata görə, axtarışla yanaşı, aparatda işləyən 257 işçinin şəxsiyyət vəsiqələri alınmaqla, vəzifələrindən uzaqlaşdırılıb.