XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2015 - 13:23

“Biz heç vaxt yatmırıq, mürgüləmirik” – NATO-dan Rusiyaya qəzəbli mesaj

NATO katib.jpg

“Rusiya Ukrayna, Gürcüstan və Moldovaya qarşı gücdən istifadə etməyə etməyə hazırdır”.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlama ilə NATO baş katibi Yens Stoltenberq çıxış edib. Baş katib bildirib ki, NATO bütün dövrlərin ən güclü müdafiə ittifaqıdır və Rusiyadan özünə qarşı heç bir təhlükə görmür:

“Təhlükəni böyütməyə və situasiyanı dramatikləşdirməyə dəyməz. Biz elə bir təhlükə görmürük. Rusiya nüvə silahını tez-tez özünün müdafiə strategiyasının bir hissəsi kimi xatırladır. Rusiya Ukrayna, Gürcüstan və Moldovaya qarşı gücdən istifadə etməyə hazırdır. Bizim cavabımız müdafiə xarakterlidir. Rusiyanın addımlarına cavab olaraq alyansın şərq sərhədlərində hərbi mövcudluğumuzu gücləndirmişik. Etdiklərimizin hamısı müdafiə xarakterlidir. özünü aqressiv aparan Rusiyadır. Krımın ilhaqı aqressiv davranışdır. Rusiya separatçıları silahlandırmağa, Ukraynanın şərqinə hərbiçilər göndərməyə davam edir. Bu aqressiya aktıdır. Biz öz tərəfdaşlarımızı qoruyuruq. Rusiya isə Ukrayna sərhədlərini dəyişmək və bu ölkədə sabitliyi pozmaq üçün gücdən istifadə edir”.

Yens Stoltenberq NATO-nu «yatan nəhəng» adlandıranlara da cavab verib: “NATO heç vaxt yatmır, mürgüləmir”.

Onu da qeyd edək ki, son aylar NATO dəfələrlə Rusiyanı Ukraynanın şərqində vəziyyəti gərginləşdirməkdə ittiham edib. Rusiya isə Donetsk və Luqanskdakı münaqişədə iştirakını inkar edir və separatçıları silahla təmin etmədiyini bildirir.