Rusiyanın iri banklarında ixtisarlar başlayıb.
Strateq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, prosesə ilk olaraq «Sberbank Rossii», «BTB» və «Alfa-bank»da start verilib.
Bu banklar Avropa ölkələrindəki filiallarında da işçilərin sayını azaltmağı planlaşdırır. İxtisarlar banklarla yanaşı, Rusiyanın digər maliyyə qurumlarında da aparılacaq. İxtisarlara səbəb Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalardır.
Rusiyanın Krımı ilhaq etməsindən və Ukraynanın şərqində vəziyyəti gərginləşdirməsindən sonra ABŞ, Kanada, Yaponiya, Avstraliya və bir neçə başqa ölkə məlum sanksiya qərarını qəbul edib. Bir neçə gün əvvəl ABŞ və Kanada sanksiyaların müddətini daha bir il uzadıb. Avropa Birliyi isə sanksiyaların gələn il yanvarın 31-dək qüvvədə qalmasına qərar verib.