XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 16:20

Türkiyə Fətullah Gülənin ekstradisiyası üçünABŞ-a rəsmi sorğu göndərdi

Türkiyə hökuməti Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a rəsmi sorğu göndərib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş nazir Binali Yıldırım məlumat verib.

Baş nazir ABŞ-ı artıq bu xəyənətkarı qorumamağa çağırıb: «Bu adamdan nə sizə, nə insanlığa, nə də İslama bir fayda var».

B.Yıldırım onu da bildirib ki, Türkiyə hökumətində Gülənin təqsirini sübut edən konkret sübutlar var.

Qeyd edək ki, Fətullah Gülən Türkiyədə baş verən son hərbi çevrilişin təşkilində ittiham olunur. 

ABŞ dövlət katibi Con Kerri bildirib ki, ABŞ-ın Güləni təhvil verməməkdə hər hansı marağı yoxdur. Əgər Türkiyə tərəfi yetərli dəlillər təqdim edərsə, ekstradisiya baş tuta bilər.