XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 İyul 2016 - 16:41

Britaniya bu il Avropa Birliyində qalacaq- Krallığın qurumdan çıxması 6 ilədək vaxt ala bilər

Britaniya bu ilin sonuna qədər Avropa Birliyində qalacaq. Hökumət qurumdan çıxmaqla bağlı proseduru bu il başlatmayacağını açıqlayıb.

Strateq.az xarici mətbuata istnadən xəbər verir ki, bu barədə krallığın hüquqşünası Ceyson Koppel məlumat verib

«Reuters»in xəbərinə görə, məumatı Britaniya Ali Məhkəməsi də təsdiqləyib. Lakin Koppel Britaniya hökumətinin mövqeyinin dəyişə biləcəyini istisna etməyib.

Xatırladaq ki, iyunun 23-də Britaniyda keçirilən referendumun nəticələrinə əsasən britaniyalıların 52 faizi (17 milyon 410 nəfər) ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Bundan sonra Brüssel bir neçə dəfə bəyan edib ki, Britaniya Avropa Birliyindən çıxmaqla bağlı proseduru ən qısa zamanda başlatmalıdır.

Lakin bəzi britaniyalı və avropalı siyasətçilər Britaniyanın qurumdan çıxmasının 6 ilədək vaxt ala biləcəyini proqnozlaşdırırlar.